Hesabat dövrü ərzində 1115 nəfərin fəlsəfə doktoru, 213 nəfərin elmlər doktoru elmi dərəcəsi alması üçün 1328 müdafiə keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev “2019-2022-ci illər ərzində Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərmiş dissertasiya şuralarının fəaliyyətinin nəticələrinə dair” yığıncağında məlumat verib.

AAK sədri qeyd edib ki, ən çox filologiya elmləri sahəsində müdafiələr təşkil edilib. Bu sahə üzrə 260 müdafiə prosesi olub. Növbəti yerdə iqtisadi elmlər sahəsidir. Bu elm sahəsində 161 dissertasiya müdafiə olunub. Üçüncü yerdə olan tibb elmləri sahəsi üzrə də 157 müdafiə keçirilib.