“Pandemiya bitir. İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”.
Bunu Bakıda Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini və bu dövrdə COVID-19-a qarşı mübarizəyə töhfələrini yüksək qiymətləndirən baş direktor bütün ölkələri bu kollektiv səyləri öyrənməyə çağırıb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusla bağlı pandemiya vəziyyəti rəsmən 2020-ci il martın 11-də elan olunub.