Milli Azərbaycan Tarixi Muzeyinin “Hamam mədəniyyəti” adlı kitab-albomu nəşr olunub.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, nəşrin elmi redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlı, elmi məsləhətçisi dosent Gülzadə Abdulova, mətnin müəllifi Nurəngiz Qarayevadır.
Kitab-albomda ilk dəfə Azərbaycanın hamam mədəniyyəti kompleks şəkildə tədqiq edilib, muzeyin kolleksiyasında qorunan hamam mədəniyyəti ilə bağlı nümunələr təqdim olunub. Həmin nümunələr boğça, hamam sandığı, hamam tası, tayqulp və digər hamam ləvazimatlarından ibarətdir.