Milli Azərbaycan Tarixi Muzeyi Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan muzeyin direktoru akademik Nailə Vəlixanlı şura üzvlərini gündəlikdə duran məsələ ilə bağlı məlumatlandırıb.
Elmi şura üzvləri ilə yanaşı, fond müdirlərinin, elmi işçilərin iştirak etdiyi iclasda Milli Azərbaycan Tarixi Muzeyinin XIX-XXI əsrlər dövrünü əhatə edən yeni ekspozisiyasının mövzu-ekspozisiya planı müzakirə olunub. İclas iştirakçıları planın müxtəlif hissələri ilə bağlı fikirlərini səsləndirib, yeni ekspozisiyanın təkmilləşdirilməsi məqsədilə təkliflərini bildiriblər.