Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının ispan dilinə tərcümə edilmiş "Sual" və "Min illər" şeirləri İspaniyanın populyar "Alquibla" ədəbiyyat portalında yayımlanıb.

Şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras və mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyevadır.

Qeyd edək ki, geniş oxucu auditoriyasına malik "Alquibla" ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində müxtəlif ölkələrin şair və yazıçılarının yaradıcılığını işıqlandırır.