Sankt-Peterburq yazıçılarının Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbəri və üzvləri, rusiyalı həmvətənlilər, Bakının yaradıcı ziyalıları ilə görüşü keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən bildirilib ki, AYB-də keçirilən görüş Sankt-Peterburq Xarici əlaqələr komitəsinin təşkilatçılığı, Rusiyanın Azərbaycandakı Səfirliyi, Bakıdakı Rus evi və Azərbaycan Dillər Universitetində “Rusiyaşünaslıq Mərkəzi”nin dəstəyi ilə reallaşan “Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsi çərçivəsində gerçəkləşib.

Görüşdə Xalq yazıçısı, AYB-nin sədri Anar, birliyin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Sankt-Peterburqun Xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov çıxış ediblər.

Peterburqlu yazıçı və şairlər Yevgeni Lukin ilə Vladimir Şemşuçenko qonaqlara öz yaradıcılıqları barədə söhbət açıb, planlarını bölüşüb, əsərlərindən parçalar səsləndiriblər.