Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təqdim edilib.

Konsertdə milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.

Bayram konsertində filarmoniyanın “Musiqili uşaq teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələri xanımların könlünü oxşayıb.

“Musiqili uşaq teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin filarmoniyanın vokal sinfinin fidanları “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə zəriflərin bayramını təbrik ediblər.

Bütün ifalar alqışlarla mükafatlandırılıb.

Lalə