Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel tarixlərində “Azərbaycan kinosu – 125: Reallıq, çağırışlar və hədəflər” mövzusunda kino forumu keçiriləcək.

Forum Heydər Əliyev Mərkəzində gerçəkləşəcək. Forumda iştirak üçün nazirliyin rəsmi internet resursunda – culture.gov.az saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

Onlayn qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSeFYlaeRNaK7f8NWHpCrGG5j6f9LmF86eYbSFer_MUv-FFbpw/viewform