Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və ev-muzeyləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Hüseyn Cavidin və Abdulla Şaiqin ev-muzeylərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində mayın 8-də reallaşacaq konfransda iştirak etmək istəyənlər məruzələrini (4-6 səhifə həcmində) martın 31-dək h.cavid.konfrans@gmail.com elektron poçt ünvanına göndərməlidirlər. Konfrans materiallarının ayrıca toplu şəklində nəşri nəzərdə tutulur.

Hər bir məruzə mətnindən sonra ingilis dilində xülasə verilməlidir. Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi və məruzələrin geri qaytarılması hüququna malikdir.

Qeyd edək ki, konfrans Azərbaycanda fəaliyyət göstərən ev və xatirə muzeylərinin əməkdaşları və digər arzu edənlərin məruzələri ilə təmsil olunması üçün nəzərdə tutulub.