Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində cazmen, gitara ifaçısı Ələsgər Abbasovun yaradıcılıq gecəsi təşkil olunacaq.

Gecədə Xalq artistləri Salman Qəmbərov, Cəmil Əmirov, Əməkdar artist Tofiq Cabbarov, tanınmış ifaçılar Ahmet Özkulalı (Türkiyə, zərb alətləri), Şəmsi Tağızadənin (nəfəs alətləri) və caz ifaçılarının çıxışları nəzərdə tutulub.  

Qeyd edək ki, Ələsgər Abbasov Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Simli alətlər fakültəsinin məzunudur. Hazırda  Türkiyədə fəaliyyət göstərir. Vaxtilə “Abşeron” və Vaqif Mustafazadənin “Muğam” qrupunda çalışan musiqiçi daha sonra Azərbaycan Dövlət Televiziya və Radiosu Estrada orkestrinin və “Cəngi” qrupunun (1991) üzvü olub. Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi ansamblda çalışıb. Bir çox yerli və beynəlxalq caz festivallarının iştirakçısıdır.