Mayın 3-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Ümummilli liderin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev irsi bizim milli sərvətimizdir” adlı tədbir keçirilib.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, digər qonaqlar iştirak ediblər.

Çıxışlarda Ulu öndər Azərbaycan tarixində müstəsna xidmətlərindən bəhs edilib. Vurğulanıb ki, müstəqil Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Tədbirdə AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında dahi lider Heydər Əliyevin sevdiyi Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri və “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirilib.