Mayın 4-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan deyəndə səni düşünürük biz!” adlı tədbir keçirilib.

Muzeyin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi çərçivəsində təşkil edilən tədbirdə Ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən mühazirə dinlənilib, videoçarx nümayiş olunub.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ulu öndərə ithaf olunmuş konsert proqramı ilə çıxış ediblər.