Müstəqil teatrlar sırasına biri də əlavə olunub. Naxçıvanda “Yeni era” adlı müstəqil uşaq və gənclər teatrı yaradılıb. Yeni kollektivin təsisçisi Naxçıvan Dövlət Dram Teatrının aktyoru Səyyad Məmmədovdur.

Uşaq və yeniyetmələr üçün rəngarəng tamaşalar hazırlamaq, onların zövq və dünyagörüşünü daha da zənginləşdirmək, yeni teatr forma və metodlarını tətbiq etmək məqsədilə yaradılan teatrda aktyor truppası, rejissor və rəssamlardan ibarət heyət də formalaşdırılıb. Artıq ilk tamaşanın məşqlərinə də başlanılıb. İlk səhnə işi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə teatrsevərlərə təqdim olunacaq.

Teatrın təsisçisi bildirib ki, interaktiv uşaq tamaşaları, şou-konsertlər və monotamaşalardan ibarət repertuar planı da qurulub. İlkin olaraq, daha çox xalq nağılları və uşaqların sevdiyi cizgi filmlərinin səhnəyə gətirilməsi nəzərdə tutulur.