Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə öz töhfəsini verib, gələcəyimizin inkişaf strategiyasını müəyyən edib.

Bədii hissədə Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin kursantları və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi şagirdlərinin hazırladığı kompozisiya təqdim olunub.