Mayın 6-da Ağdam Dövlət Dram Teatrında “Şuşadan gələn səs” tamaşasının premyerası olub.

Qarabağ mövzulu tamaşada müharibə və onun insan taleyinə vurduğu zərbələr, qəhrəman oğullarımızın müqəddəs torpaqlarımız uğrunda ölüm-dirim savaşındakı igidlikləri, haqq savaşındakı tarixi Zəfərimiz ön planda təqdim olunur.

Yeni səhnə işinin müəllifi Nadir Qədimli, quruluşçu rejissoru teatrın baş rejissoru Kərim Həsənli, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.

Vətənə sədaqət və sevginin diqqət mərkəzinə çəkildiyi səhnə əsərində rolları Nuranə Əliyeva, Elmir Hümbətov, Fərhad Fərhadzadə, Camal Zamanov, Ülviyyə Qasımova, Sadiq Bağırov, Rəmzi Gülməmmədov, İxtiyar Məmmədov və Hakim Cəfərli ifa edirlər.