Xalq yazıçısı Elçin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı mayın 12-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Elçin İlyas oğlu Əfəndiyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, mayın 13-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, ədəbiyyatşünas-tənqidçi, ictimai xadim Elçinin 80 yaşı tamam olur.

1998-ci ildə Xalq yazıçısı fəxri adına layiq görülən Elçin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə, eləcə də müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə “İstiqlal” (2003), “Şərəf” (2013) və “Şöhrət” (2018) ordenləri ilə təltif olunub.

Elçin müəllimi əlamətdar yubileyi və növbəti dövlət təltifi münasibətilə təbrik edir, cansağlığı, bundan sonra da yaradıcılıq enerjisi ilə dolu uzun ömür arzulayırıq.