Mayın 18-də Bakıdakı Rus Evi və “Chagh Art Platform”un birgə təşkilatçılığı ilə gənc rəssam Firəngiz Tarverdiyevanın “Danışan rənglər” adlı fərdi sərgisinin açılışı olacaq.

Rus Evinin sərgi salonunda keçiriləcək sərgidə rəssamın 30 əsəri nümayiş olunacaq.

Rəssam Ellada İsmayıldan fərdi rəngkarlıq dərsləri alan Firəngiz Tarverdiyeva fərqli mövzu və janrlarda 40-dan çox əsərin müəllifidir. Onun rəngkarlıq üslubunda Pol Sezan, Fikret Mualla kimi rəssamların təsiri hiss olunur. Bununla yanaşı, o, seçdiyi sənətə məsuliyyət ilə yanaşaraq, fərdi dəst-xəttini formalaşdırmaq üçün eksperimentlər aparmaqdan da çəkinmir.

Rəssam ölkəmizdə və xaricdə müxtəlif sərgilərdə iştirak edib, diplom və sertifikatlarla təltif olunub. “Danışan rənglər” sərgisi mayın 20-dək açıq olacaq.