18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Abdulla Şaiqin Mənzil-Muzeyində uşaqlar üçün tamaşa nümayiş olunub.

Muzeydən verilən məlumata görə, mayın 13-də burada balacalar “Şələquyruq” kukla tamaşasına baxıblar.

Azərbaycan ədəbiyyatının klassiki, uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin eyniadlı hekayəsi əsasında hazırlanmış kukla tamaşası muzeyin əməkdaşları tərəfindən kiçikyaşlı izləyicilər üçün iki seansda təqdim olunub.

Tamaşa böyük maraqla qarşılanıb. Tamaşadan sonra uşaqlar üçün muzeydə ekskursiya təşkil edilib.