Paytaxtdakı Beynəlxalq Qalereyanın sərgi salonunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ-tətbiqi sənət ustası Gülşən Abbasovanın "Milyon qızılgül" adlı ilk fərdi sərgisi təşkil olunub.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə rəssamın müxtəlif güllər, sünbül, zeytun, palıd, qoz, fındıq, badam ağacının meyvələrindən, oduncaqlarından hazırlanan 30 dekorativ-tətbiqi sənət nümunəsi təqdim edilib.

Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Rəssama ilk sərgisi münasibətilə Beynəlxalq Qalereyanın diplomu təqdim olunub.