İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində “Üç nəsil – bir konsert” adlı musiqi axşamı təqdim olunacaq.
Gecədə Xalq artisti Rasim Abdullayev (violonçel), Ülviyyə Abdullayeva (fortepiano) və Anastasiya Mişula (violin) çıxış edəcəklər.
Konsert eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva ilə İspaniya rəssam və heykəltəraşı Nani Boronatın 2017-ci ildə əsasını qoyduqları “Centinelas” (“Mühafizəçilər”) adlı layihənin davamıdır. Layihənin emblemində Azərbaycan və ispan mədəniyyətinin iki memarlıq simvolu kimi Bakıdakı Şirvanşahlar Sarayı və Qranadadakı Əlhambra Sarayı seçilib.
Layihə üzrə ilk konsert 2022-ci ilin may ayında Münxendə (Almaniya) keçirilib. Konsertdə İspaniyadan Manuel de Falla, Enrike Qranados və İsaak Albenisin, Azərbaycandan isə Qara Qarayev və Günay Mirzəyevanın əsərləri səsləndirilib.
Lalə