"Heydər Əliyev İli" çərçivəsində tələbə və şagirdlərin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Heydər Əliyev mərkəzlərinə ekskursiyaları davam edir.

Paytaxtdakı 106, 319 nömrəli və Laçın rayon orta məktəblərinin şagirdləri Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Əvvəlcə məktəblilər mərkəzin Muzey və kitabxana-informasiya bölməsi ilə tanış olublar. Burada Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər haqqında məlumat verilib. Sonda Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə "Bizim Cəbiş müəllim" (1969) bədii filmi nümayiş etdirilib.

Akademik Zərifə Əliyeva adına liseyin və 51, 286, 13 nömrəli tam orta məktəblərin şagirdləri və Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri isə Yasamal rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Ziyarətçilər mərkəzin foyesində “Ümummilli lider Heydər Əliyev – 100 və Azərbaycan mədəniyyəti” adlı sərgiyə baxıblar.