2-4 iyun tarixlərində Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda II Xırdalan kitab sərgisi keçiriləcək.

Sərgi Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Üç gün davam edəcək sərgidə təqdimatlar, konsert proqramları, yazıçılarla görüş və imza saatları təşkil olunacaq.

Nurəddin