Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – RİMM) Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın “Vokal musiqi məktəbi”nin konserti keçirilib.

RİMM-nin rəhbəri İrek Zinnurov qonaqları və konsertin iştirakçılarını salamlayıb.

Fidan Hacıyevanın yetirmələri qonaqları maraqlı və geniş proqramla sevindiriblər. Sonda məktəbin rəhbəri Fidan Hacıyeva şagirdlərlə birgə Müslim Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.