1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası formalaşdırılıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul olunub.

Əlamətdar gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.