“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Uşaq və qadın sığınacağında tədbir keçirilib.

İctimai birliyin sədri Ülviyyə Bəbirli təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, istedadlı uşaqların daim dövlətimizin qayğısı ilə əhatə olunmasından və bu siyasi kursun uğurlu nəticələrindən bəhs edib, uşaqlara əlamətdar bayram münasibətilə təbriklərini çatdırıb.

Tədbirin bədii hissəsində “Səs Azərbaycan – doğma nəğmələr” yarışmasının iştirakçıları İlkin Dövlətov, Türkay Cəfərlinski, Telli Əbilova, Sabir Əliyev, Səttar Qəmbərov, Zaur Gərayev, o cümlədən mədəniyyət könüllüləri Aslan Aslanov, Əli Məhərrəmzadə, Ülvi Həşimov, Əbdül Hüseynzadənin ifasında müxtəlif nəğmələr, aşıq havaları səsləndirilib, rəqs nömrələri təqdim olunub.

Sonda “Mədəniyyət Könüllüləri” İB tərəfindən Uşaq və qadın sığınacağının balaca üzvlərinə hədiyyələr təqdim edilib.