İyunun 1-də Azərbaycan İstiqlal Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Heydər Əliyev və uşaqlar” adlı musiqili ədəbi-bədii tədbir keçirilib.

Tədbir “Heydər Əliyev İli” münasibətilə İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Ümummilli lider Heydər Əliyev xatirələrdə" adlı layihə çərçivəsində təşkil olunub.

Çıxışlarda ölkəmizdə əsası Ulu öndər tərəfindən qoyulan dövlət uşaq siyasəti haqqında söz açılıb.

Sonra Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin istedadlı üzvləri musiqi və rəqs kompozisiyaları ilə çıxış ediblər.

Tədbirin yekununda Ümummilli liderin uşaqlar haqqında çıxışlarından ibarət videoçarx nümayiş olunub.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyi Gənclərin Bədii Yaradıcılıq Evinin nümayəndələri, Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin kursantları, məktəblilər və digər qonaqlar iştirak ediblər.