Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.

BXA-nın rəhbərliyi tərəfindən diplomata akademiyanın tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və təhsil ocağının tələbələrinin müsabiqə və festivallarda iştirakları barədə ətraflı məlumat verilib.

Xanım səfir də öz növbəsində Bakı Xoreoqrafiya Akademiyasında olmasından məmnunluğunu bildirib. O, akademiyanın profilinə uyğun Meksikada fəaliyyət göstərən təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına dəstək göstərəcəyini vurğulayıb.

Daha sonra səfir akademiyanın sinif otaqlarını, dərs zallarını gəzərək tədris prosesi ilə yaxından tanış olub.