Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində “XX əsrin musiqisi” silsiləsindən ilk konsert keçirilib.
İyulun 7-də gerçəkləşən konsertdən əvvəl Qara Qarayevin Ev-Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva layihə haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində XX əsrdə yaşamış Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.
Sonra söz musiqiyə verilib. Pianoçu, beynəlxalq və respublika müsabiqələri laureatı Müşfiq Quliyev və skripkaçı Təhminə Abdullayeva Qara Qarayev və Klod Debüssünün əsərlərini səsləndiriblər.
Növbəti konsertlərə musiqi məktəblərinin şagirdləri və konservatoriyanın tələbələri, həmçinin geniş tamaşaçı rəğbəti qazanmış musiqiçilərin cəlb olunması nəzərdə tutulub.