Ağdam Muğam Mərkəzində İlqar Boranoğlunun “Vətən müharibəsinin Ağdam şəhidləri” kitabının təqdimatı keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra kitabda haqqında söz açılan şəhid qəhrəmanlar həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, düşmən üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin rolundan söz açıblar.

Müəllif İlqar Boranoğlu təqdimat mərasiminin iştirakçılarına minnətdarlığını bildirib, kitabı şəhid ailələrinə hədiyyə edilib.