Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində yazıçı C.Səlimovun “Acı nəticə” əsəri əsasında hazırlanan kukla tamaşası nümayiş olunub.

Nümayişdən əvvəl Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən Xalq teatrının aktyorları müxtəlif nağıl qəhrəmanlarının obrazları timsalında uşaqlarla maraqlı oyunlar keçirib, rəqs ediblər.

Sonra Xalq teatrı aktyorlarının ifasında səhnə işi təqdim olunub. 221 saylı uşaq bağçasının körpə fidanları tamaşanı maraqla izləyiblər.