Ölkəmizdə səfərdə olan Vatikanın dövlət katibi Pietro Parolin ilə Xarici İşlər Nazirliyində də görüş keçirilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Vatikanla münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda ölkəmizin Vatikanda səfirliyinin fəaliyyətə başlamasının önəmini qeyd edib.

Nazir, həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də azad edilmiş ərazilərimizdə işğal zamanı törədilmiş vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Bununla yanaşı, qonağa Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə də məlumat verilib, 90-cı illərdən bəri 3800-dən çox itkin düşmüş azərbaycanlı barədə hələ də məlumatın olmadığı diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Vatikanın tarixi və dini məkanlarının bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.