5-7 sentyabr tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində 17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransı keçiriləcək.

Bu barədə muzeyin elmi işçisi dosent Əli Fərhadov məlumat verib.

Bildirilib ki, muzeyin direktoru, görkəmli tarixçi-alim, akademik Nailə Vəlixanlının elmi fəaliyyətinə həsr olunan beynəlxalq tədbir muzeyin, Türkiyənin Aydın Adnan Menderes, Səlcuq universitetləri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil ediləcək.

Beynəlxalq konfransda türk tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə məruzələr dinləniləcək. Məruzələrin toplu halında nəşri də nəzərdə tutub.