Mərhum jurnalist Şakir Yaqubovun (1951-2022) “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb.

Kitabda ustad jurnalistin 2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydləri toplanıb.

Şakir Yaqubovun müxtəlif illərdə “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitabları nəşr olunub. “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir. Həmçinin bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktoru olub.

1989-cu və 2005-ci illərdə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Kitabın redaktorları Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu və Azər Qaraçənlidir.

İyulun 20-si saat 14-də Mətbuat Şurasında kitabın təqdimatı keçiriləcək.