Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şəhid polkovnik- leytenant Vidadi Xəlilova (1982-2020) həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi Vidadi Xəlilovun qəhrəmanlıq salnaməsi, döyüş yolu haqqında ətraflı məlumat verilib, videoçarx  nümayiş olunub.

Bədii hissədə qəhrəman şəhidə həsr olunan şeirlər səsləndirilib, musiqilər ifa olunub.

Polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilov 30 oktyabr 2020-ci ildə Laçın rayonu istiqamətində gedən döyüşlərdə həlak olub. Doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, Cəbrayılın, Qubadlının, Laçının azad olunmasına görə medallarla təltif edilib.