Onbeşlikdə İspaniyanın 4 şəhəri yer alıb


Nyu-Yorkda fəaliyyət göstərən “Travel+Leisure” səyahət jurnalının oxucuları "Dünyanın ən yaxşıları" proqramı üzrə ən populyar hava yolları, hava limanları, hotellər, turoperator və şəhərləri seçiblər.

Ən yaxşı şəhəri seçmək üçün oxucular turistik yerlər, görməli yerlər, mədəniyyət, yemək, mehribanlıq, alış-veriş və dəyər kateqoriyaları üzrə səs veriblər.

Türkiyənin İstanbul şəhəri 90,23 səslə “Avropanın ən yaxşı 15 şəhəri” siyahısında birinci yeri qazanıb.

Qapalı bazar, Sultanəhməd məscidi və İstanbul boğazı ən çox turist cəlb edən yerlər kimi qeyd olunub. Şəhərdəki “Four Seasons” oxuculardan yüksək qiymət alaraq dünyanın ən yaxşı hoteli seçilib.

İstanbuldan sonra müvafiq olaraq Avropanın ən yaxşı şəhərlərinin sıralanması belədir: Florensiya (İtaliya), Roma (İtaliya), Lissabon, Porto (hər ikisi Portuqaliya), Sevilya (İspaniya), Lyublyana (Sloveniya), San-Sebastian (İspaniya), Praqa (Çexiya), Barselona (İspaniya), Salzburq (Avstriya), Edinburq (Şotlandiya), Madrid (İspaniya), Bordo (Fransa) və Vyana (Avstriya).