Görkəmli musiqişünas-alim, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabı çapdan çıxıb.

Nəşrin ön sözünün müəllifi akademik İsa Həbibbəyli, redaktorları – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor A.Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ü.Talıbzadə, rəyçiləri – AMEA-nın müxbir üzvü, professor Ə.Salamzadə, Əməkdar incəsənət xadimi, professor T.Məmmədovdur.

Səkkiz bölmədən ibarət kitabda Azərbaycan musiqişünaslığının mərhələləri və problemləri araşdırılıb. Kitabda müəllifin son illərdə rus və ingilis dillərində çıxan məqalələri də yer alıb.

Kitabdan müvafiq sahə üzrə mütəxəssislərlə bərabər, Azərbaycan musiqişünaslığının tarixi ilə maraqlanan bütün oxucular istifadə edə bilərlər.