AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli liderin anadan olmasının 100-cü ildönümü münasibətilə iyulun 7-də keçirilmiş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda respublika elmi-nəzəri konfransının materialları toplu halında nəşr olunub.

Topluda Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin “Heydər Əliyev və Əlyazmalar İnstitutu”, icraçı direktor filologiya elmləri doktoru Paşa Kərimovun “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Heydər Əliyevin əsəridir”, şöbə müdiri filologiya elmləri doktoru, dosent Aygül Hacıyevanın “Heydər Əliyev və Azərbaycan gəncliyi” və digər alimlərin məruzələrinin tezisləri yer alıb.

Qeyd edək ki, konfrans materialları akademik Teymur Kərimlinin sədrlik etdiyi təşkilat komitəsinin yekun rəyi və Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə çap olunub. Materialları institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru dosent Cavid Cəfərov nəşrə hazırlayıb.