Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı iki ölkə arasında ümumi dəyəri 50,7 milyard dollar olan 13 sənəd imzalanıb.

İmzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

Bundan əlavə, BƏƏ Türkiyəyə fevral ayında baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 8,5 milyard dollar borc verəcək.

Tərəflər iki ölkə prezidentlərinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Şuranın yaradılması barədə razılığa da gəliblər. Bununla Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.