Ölkə əhalisi qocalır...
Finlandiya hər il 15 min əcnəbi tələbə cəlb etmək və əmək miqrasiyası axınını ildə 30 min nəfərə çatdırmaq niyyətindədir. Ölkə bu göstəricilərə artıq cari onilliyin sonuna qədər nail olmağı planlaşdırır.
Hazırda Finlandiya əhalinin qocalma prosesi ilə əlaqədar ciddi çətinliklərlə üzləşir, bütün əsas proqnozlar ölkənin əmək bazarına qoşulmaq istəyən gəncləri ölkəyə cəlb etməyin zəruriliyini göstərir. İqtisadiyyatın bir çox sektorlarında açılmış vakansiyalara əcnəbiləri cəlb etmək üçün Finlandiya yeni ixtisaslı miqrasiya proqramını işləyib hazırlayır. Bu çərçivədə işçi gücünün hətta böyük və inkişaf etmiş dünya ölkələrindən cəlb edilməsi planlaşdırılır.
Finlandiyada çoxlu sayda yüksək texnoloji şirkətlər fəaliyyət göstərir, onlara kibertəhlükəsizlik, süni intellekt, kvant texnologiyaları, səhiyyə, biotexnologiyalar və yeni materialların işlənib hazırlanması sahəsində əməkdaşlar tələb olunur.