Azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün ilk olaraq bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır.

Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov deyib. Onun sözlərinə görə, Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazilərində ümumölkə TV kanallarının açıq yayımı və habelə bir sıra ümumölkə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub:

“Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlər gedir. Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımın təşkili işini qeyd edərdim ki, bu prosesin ilin sonuna yaxın yekunlaşacağı gözlənilir”.