Malayziyada keçirilən təlimlərdə ölkəmiz də təmsil olunub

 

Kuala-Lumpur şəhərində Malayziya Milli Arxiv İdarəsi tərəfindən “Fəlakət hallarında qeydlər və arxivlərin idarə edilməsi üçün hazırlıq” mövzusunda beynəlxalq təlim keçirilib.

Təlimdə Azərbaycan Milli Arxiv İdarəsi Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova da iştirak edib.

Təlim zamanı Malayziya milli arxivinin ümumi iş təcrübəsi, xüsusilə də təbii fəlakətlər zamanı arxiv sənədlərinin qorunması məqsədilə öncədən görüləcək tədbirlər və sonrakı restavrasiya işləri üzrə nəzəri və praktik biliklər təqdim olunub. İndoneziya, Şri-Lanka, Filippin və təbii fəlakətlərlə tez-tez qarşılaşan digər ölkələrdən iştirakçılar da arxiv sənədlərinin qorunması üzrə öz təcrübələrini bölüşüblər.