Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında “Musiqi alətləri” adlı vitrin təqdim ediləcək.

Bu barədə muzeydən məlumat verilib. Vitrində müxtəlif musiqi alətləri – tar, kamança, nağara, balaban, tütək, saz və digər eksponatlar yer alır.

XIX əsrə və XX əsrin əvvəllərinə aid olan həmin eksponatlar öz unikallığı ilə maraq doğurur.