Prezident: “Növbəti üç ildə Qarabağa və Şərqi Zəngəzura 150 mindən çox insanı qaytaracağıq”


Erməni işğalından əziyyət çəkmiş bütün insanlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev bunu iyulun 21-də Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

"Hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq. Laçın şəhərinin timsalında deyə bilərəm ki, cəmi səkkiz ay ərzində Laçın şəhəri tamamilə yenidən quruldu və bu gün orada 700-dən çox ailə üçün şərait – həm fərdi evlər, həm çoxmənzilli evlər var. Sentyabrın 15-dək məktəb də, uşaq bağçası da, xəstəxana da hazır olacaq. Digər sosial obyektlər də inşa edilir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 150 mindən çox insanı doğma yurduna qaytaracağıq. Dövlət bacısı diqqətə çatdırıb ki, təkcə Qarabağ iqtisadi regionu üzrə 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində isə artıq 2024-cü ildə sakinlər yerləşəcəklər.