AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə böyük Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusinin (1201-1274) “Övsafül-əşraf” və “Bist bab dər elmi-üstürlab” əsərləri bir kitabda nəşr olunub.

Kitaba Tusinin “Övsafül-əşraf”(Şərafət sahiblərinin vəsfi) və “Bist bab dər elmi-üstürlab”(Üstürlab elmi haqqında iyirmi bab) adlı iki risaləsi AMEA Məhəmməd Füzuli adına əlyazmalar İnstitutunun Farsdilli Əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı tərəfindən fars dilinə tərcümə olunaraq daxil edilib. R.Şeyxzamanlı kitaba geniş ön söz yazıb, qeyd və izahlar əlavə edib.

İyirmi babdan ibarət “Bist bab dər elmi-üstürlab” risaləsi ilk dəfə, altı babdan ibarət “Övsafül-əşraf” risaləsi isə müəyyən düzəlişlərlə təkrar nəşr olunub.

Qeyd edək ki, yeni nəşrin elmi redaktorları institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru Nəsib Göyüşov və mərhum şərqşünas alim, filologiya elmləri namizədi Müqəddəs Payızovdur.