Bu ilin oktyabr ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Konfransda iştirak etmək istəyənlər məqalələri sentyabrın 25-dək konfranstoponimika@gmail.com ünvanına göndərilməlidirlər. Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.