Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə media təmsilçiləri, mədəniyyət sahəsi üzrə yazarlar, fəal oxucular iştirak ediblər.

Tədbiri kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova açıb.

MKS-nin direktoru Lətifə Məmmədova Milli Mətbuat Günü münasibətilə peşə sahiblərini təbrik edib. Qeyd edib ki, ötən 148 ildə zəngin inkişaf yolu keçən Azərbaycan mətbuatında mədəniyyət tariximizin də salnaməsi əks olunub.

“Mədəniyyət. Culture” jurnalının baş redaktoru Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin əməkdaşları Həmidə Rüstəmova, Səbinə Məmmədova,  teatr yazarı Samirə Behbudqızı çıxış ediblər, mətbuatımızın tarixi və bu günü ilə bağlı fikirlərini bölüşüblər.

MKS-nin direktor müavini Könül Vəliyeva və oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova media mənsublarına tədbirdə iştiraka görə təşəkkür ediblər.