Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Bu qala- daşlı qala” adlı kitabı çapdan çıxıb.

Kitabda Azərbaycanın elm və mədəniyyət tarixinə çoxlu məşhur simalar bəxş etmiş Şuşa şəhərinin bünövrəsinin qoyulduğu, qala divarlarının tikilməyə başladığı XVII əsrin ortalarından başlamış müasir dövrə qədərki şəhərin tarixi, küçə və məhəllələri, sosial obyektləri və ona şöhrət gətirən ayrı-ayrı istedadlı ziyalıları və sənət adamlarından bəhs olunur.

İndiyədək 20-dən çox kitabın müəllifi olan Vasif Quliyev Bakı, Moskva və Tbilisin arxivlərində apardığı axtarışlar nəticəsində əldə etdiyi çoxlu maraqlı mənbə və məlumatlar əsasında Qarabağ tarixi ilə əlaqədar çoxlu maraqlı faktlar üzə çıxarıb. Həmin məlumatların bir hissəsi kitabda öz əksini tapıb.

Kitabın bir fəslində araşdırmaçı jurnalistlə AZƏRTAC-ın müxbiri Süleyman Qaradağlının müsahibələri yer alıb.

“Bu qala- daşlı qala” kitabının redaktoru və “Ön söz”ünün müəllifi Mehman Cavadoğludur.