Qərbi Azərbaycanın mədəni irsi ilə bağlı sənədli film çəkilir
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin icrasına başlayıb.
AKİ-dən bildirilib ki, layihə çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin çəkilişlərinə başlanılıb.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətti prodüseri İsmayıl Qasımovdur.
Film ingilis və erməni dillərində də yayımlanacaq. Sənədli filmdən savayı layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların (erməni və ingilis dillərində) hazırlanması da nəzərdə tutulur.