2023-cü ilin altı ayı ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və onun filiallarını 9 mindən çox turist ziyarət edib. Onların 300-dən çoxu xarici turist olub.

Musiqi Mədəniyyəti Dövlət Muzeyindən bildirilib ki, muzeyin və filiallarının – Niyazinin Mənzil-Muzeyi, Qara Qarayevin və Vaqif Mustafazadənin ev-muzeylərinin əcnəbi ziyarətçiləri arasında Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan gələn turistlər üstünlük təşkil edib. Bundan əlavə, ABŞ, Fransa, Yaponiya, Çin, İsrail,  Belarus, Qazaxıstan və başqa ölkələrdən də turistlər muzeyi ziyarət ediblər.

***

Cari ilin altı ayında Azərbaycan İstiqlal Muzeyini 6336 nəfər ziyarət edib. Muzeydən verilən məlumata görə, onların 366 nəfəri xarici turist olub.

Muzeyi ziyarət edən xarici turistlər arasında Böyük Britaniya, Pakistan, ərəb ölkələrindən olan turistlər üstünlük təşkil ediblər.