Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir.

Xarici işlər naziri Ceyhun Bayramov bu barədə iyulun 25-də Moskvada   Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşündə bildirib.

Nazir qeyd edib ki, danışıqların nəticələri danışıqlar prosesinin özünün dinamikasından bir qədər aşağıdır. “Lakin müsbət nəticələrin olmadığını söyləmək düzgün olmazdı”, – deyə o əlavə edib.

Ceyhun Bayramov vurğulayıb ki, Moskvada keçirilən görüş zamanı tərəflər, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin maddələrini müzakirə edəcəklər.

Danışıqlar fəal gedir, lakin hələ də bir çox həll olunmamış məsələlər qalır. Bunu isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Gündəlikdəki bütün məsələlər üzrə görüşlərimiz, danışıqlarımız kifayət qədər intensivdir, bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi bəzi perspektivlər görünür”, – deyə o əlavə edib.